Ulu öndər şagirdlərin gözü ilə

Ulu öndər şagirdlərin gözü ilə

Şəmkir rayon S. Məmmədov adına Zəyəm Cırdaxan kənd tam orta məktəbin 2-ci sinif şagirdləri Şəmkir Heydər Əliyev Mərkəzində "Ulu öndər şagirdlərin gözü ilə" başlığı altında tədbir təşkil etmişlər. Tədbir çərçivəsində balacalar ulu öndər Heydər Əliyevin müxtəlif kəlamlarını səsləndirmiş, əməkdaşlarımız tərəfindən muzey hissə ilə tanış olmuş və sonda Mərkəzimizin kino zalında ümummilli liderdən bəhs edən filmə baxmışlar.