Mərkəzin binası

Heydər Əliyev Mərkəzinin Respublikanın həyatının bütün sahələrində mühüm rolu nəzərə alınaraq bölgələrdə də belə mərkəzlər yaradılmasına xüsusu diqqət yetirilir. Şəmkir şəhərində yaradılan Heydər Əliyev Mərkəzi rayonun sosial-siyasi və mədəni həyatında vacib rol oynamışdır. Lakin hazırda mövcud olan Mərkəz onun imkanlarına olan tələbatı tamamilə ödəyə bilmirdi. Ona görə də Şəmkir şəhərində yeni,daha əzəmətli Heydər Əliyev Mərkəzi yaradılmasına ehtiyac meydana gəlmişdir. Bu məqsədlə Şəmkir şəhərində Heydər Əliyev Mərkəzinin fəaliyyətinin bütün təcrübəsini nəzərə alan,yeni müasir Mərkəz tikilmişdir.

Mərkəzin memarlığı, ətrafda görülən işlər haqqında ümumi məlumat

Mərkəzin binası müasir rasionalizm üslubunda inşa edilmişdir. Bina üzrə ümumi tikinti sahəsi 10 920,88 kv.metrdir. Yararlı sahə 7 893,22 kv.metr, o cümlədən mərtəbələr üzrə yararlı sahə-zirzəmi 2 378,78; birinci mərtəbə-2 498,74; ikinci mərtəbə-1 922,20 kv.metr; üçüncü mərtəbə-449,98; dördüncü mərtəbə-643,52 kv.metrdir. Dam örtüyü-metal tirlər və fermalardan konstruksiya üzərində çoxqatlı təbəqələrdən sendvicdən ibarətdir.Fasadın üzlənməsi limara daşından mexaniki və məhlul yolu ilə quraşdırılmışdır. Fasadın sahəsi 5 115,72 kv.metr,səthi qabaritlər ilə 7 724 kv.metr təşkil edir. Mərtəbələrin hündürlükləri zirzəmi 3,20-4,40 m.,birinci mərtəbə 5,85 m.,ikinci və üçüncü mərtəbə 4,60 m.,dördüncü mərtəbə isə 2-12,60 metrdir. Döşəmələrdə parket,keramik lövhə,mərmər plitə,keromoqranit və qranit plitə,rezin döşəmə,səsboğucu kovralit,tavanlarda isə asma gips-karton,metal asma tavan,MDF üzərində ağac şponu,dartma tavan və su emulsiyadan istifadə edilib. Xarici vitrajlar-şüşə paketdən,daxili qapılar-nəmədavamlı,sızılmış MDF materialından hazırlanmışdır. Pəncərələri yüksək keyfiyyətli aliminum profillərdən asma üsulu ilə və şüşə paketdən ibarətdir.