Rayonumuzda 8 Noyabr-"Zəfər Günü"nün qeyd olunması məqsədi ilə keçirilən silsiləvi tədbirlər çərçivəsində 5 Noyabr 2021-ci il tarixində Şamaxı şəhər 10 saylı tam orta məktəbdə, 44 gün davam edən və Müzəffər ordumuzun şanlı qələbəsi ilə nəticələnən Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Salehov Orxan Fikrət oğlunun anım günü qeyd olundu.

Rayonumuzda 8 Noyabr-"Zəfər Günü"nün qeyd olunması məqsədi ilə keçirilən silsiləvi tədbirlər çərçivəsində 5 Noyabr 2021-ci il tarixində Şamaxı şəhər 10 saylı tam orta məktəbdə, 44 gün davam edən və Müzəffər ordumuzun şanlı qələbəsi ilə nəticələnən Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Salehov Orxan Fikrət oğlunun anım günü qeyd olundu. Qeyd edək ki, Şəhid Orxan Salehov şəhər 10 saylı tam orta məktəbin məzunu olmuşdur. Tədbirdə məktəbin müəllim kollektivi, şagirdlər ilə yanaşı Şəhidimizin ailə üzvləri, qazilər, və Vətən müharibəsinin iştirakçıları, həmçinin Şamaxı Rayon Gənclər və İdman idarəsinin əmkdaşları, Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru, rayon Təhsil Şöbəsinin əməkdaşları iştirak edirdi.

Şamaxı Heydər Əliyev Mərkəzinin kollektivi olaraq, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Allahdan rəhmət diləyirik. Qazilərimizə isə tezliklə öz sağlamlıqlarına qovuşmalarını arzulayırıq.