Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq Şamaxı rayon Heydər Əliyev Mərkəzində “Hərbi Qənimətlər Parkı”na virtual ekskursiyalar davam etdirilir.

03 noyabr 2021- ci il tarixində Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq Şamaxı rayon Heydər Əliyev Mərkəzində “Hərbi Qənimətlər Parkı”na virtual ekskursiyalar davam etdirilir. Ekskursiyanın növbəti iştirakçıları Şamaxı şəhər S.M.Qənizadə adına 1 saylı tam orta məktəbin şagirdləri olub.

“Hərbi Qənimətlər Parkı”da Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir hissəsi nümayiş olunur.

Daha sonra şagirdlərlə 44 gün davam edən Vətən müharibəsi və bu müharibədə qazandığımız şanlı zəfərimiz, şəhidlərimiz barədə söhbət aparılıb.Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib