Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 52-ci ildönümü ilə əlaqədar olaraq Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova , bələdçi Şəhla İsmayılova Lenin adına üzümçülük sovxozunun qabaqcıl fəhləsi, vaxtilə Heydər Əliyevlə 2 dəfə görüşmüş, Qırmızı bayraq ordeni və bir çox mükafatlarla təltif olunmuş Zöhrə Zamanovanın ailəsində qonaq oldular.

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 52-ci ildönümü ilə əlaqədar olaraq Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, bələdçi Şəhla İsmayılova Lenin adına üzümçülük sovxozunun qabaqcıl fəhləsi, vaxtilə Heydər Əliyevlə 2 dəfə görüşmüş, Qırmızı bayraq ordeni və bir çox mükafatlarla təltif olunmuş Zöhrə Zamanovanın ailəsində qonaq oldular.

Zöhrə Zamanovanın dediklərindən: Dahi rəhbərimiz Heydər Əliyev 14 dəfə Şamaxı rayonunda səfərdə olub. Onun hər gəlişi bizdə yüksək sevinc fərəh hissi oyadırdı. Həmin səfərlərin ikisində işlədiyim sovxozda mənə də o dahi şəxsiyyəti görmək yaxından söhbət etmək şərəfi qismət oldu. O bizimlə xoş dillə eyni zamanda əsl rəhbər kimi söhbət edirdi. Hamı onunla söhbət etməyə can atırdı.

Üstündən illər adlasa da hələdə Heydər Əliyevlə görüşü unuda bilmirəm.Bu görüş zamanı Ulu öndərimiz briqadamızın bütün üzvləri, o cümlədən mənimlə çox mehriban və səmimi söhbət etdi.İşlə yanaşı ailə qayğılarımız və problemlərimizlə də maraqlandı. Üzünü mənə tərəf tutaraq soruşdu:

- Neçə uşağın var?

- On bir - dedim.

- Bir çətinliyin yoxdur ki?

- Yox - dedim.Sizin köməkliyiniz sayəsində balalarımı vəzifəli şəxslərin də uşağından yaxşı saxlayıram.

Sonra ani sükut edib özümdə qüvvə toplayaraq dedim:

-Amma yoldaş Əliyev Sizin kimi böyük adam üçün iki uşaq azdır axı...

İndi də mənə verdiyi cavab qulağımda cingildəyir:

-Niyə elə fikirləşirsən.Millətimin bütün övladları mənim balalarım deyil mi...

İndi qocalmışam, amma çox qürür duyuram ki, gənclik illərim məhz o dövrlərə Heydər Əliyevin rəhbərlik etdiyi dövrlərə təsadüf edib. Heydər Əliyevə Allahdan rəhmət oxuyur onun davamçısı Prezidentimiz İlham Əliyevə minnətdarlıq edirəm.