Heydər Əliyev ürəklərdə

Heydər Əliyev ürəklərdə

11.08.2020-ci il tarixində Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova,baş fond mühafizi Nicat Əhmədli və bələdçi Şəhla ismayılova 1940-cı il təvəllüdlü, Şamaxının Çuxuryurd kəndində yaşamış ,İliç adına kalxozda 1971-ci ildən 1987-ci ilədək kolxoz sədri vəzifəsində çalışmış, dəfələrlə Ulu Öndər Heydər Əliyevlə görüşmüş, şəxsən Ulu Öndər tərəfindən şöhrət ordeninə layiq görülmüş Kajevnikova Mariya Nikolayevnanın Çuxuryurd kəndində yerləşən mənzilində qonağ oldular, həmin anları xatırladan foto albomlara baxdılar. Mariya xanım Mərkəzin əməkdaşları ilə Ulu Öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşdü fotoşəkillərdən bir neçəsini Mərkəzin fonduna hədiyyə etdi.Sonda Mariya xanım Heydər Əliyevlə son görüşünə həsr etdiyi şeiri səsləndirdi