Yaxın mədəniyyət müəssisələri

Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 06 may 2013-cü il tarixli 220 saylı əmrinə əsasən Şamaxı şəhər İ.Nəsimi adına 1 saylı Uşaq İncəsənət Məktəbinin və H.Məmmədov adına 2 saylı Uşaq Musiqi Məktəbinin bazasında Şamaxı rayonunda incəsənətin daha da inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Şamaxı şəhərinin mərkəzində müasir tələblərə cavab verən üçmərtəbəli möhtəşəm İncəsənət Təhsili Mərkəzi binası inşa edilmişdir. Həmin mərkəz bütünlüklə inventar, avadanlıq, musiqi alətləri ilə təchiz edilmiş və burada şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə musiqi, rəsm və rəqsdən təhsil almaları üçün hər bir şərait yaradılmışdır. 16 may 2013-cü il tarixində mərkəz binasının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev şəxsən iştirak etmişdir. Mərkəzin binası üçmərtəbəli olmaqla ümumi sahəsi 4200 m2-dir. Binada 44 sinif otağı, 7 inzibati otaq, 30 nəfərlik kiçik və 170 nəfərlik böyük zallar, rəqs zalı, kitabxana, o cümlədən bufet, qrim və geyim otaqları mövcuddur

Şamaxı rayon Mədəniyyət Mərkəzi

Əfzələddin Xaqani adına Şamaxı rayon Mədəniyyət Mərkəzi (keçmiş rayon Mədəniyyət evi) 1955-ci ildən bu günə kimi fəaliyyət göstərir.

Şamaxı rayon mərkəzi kitabxanası

Respublika kitabxanalarında 1979-cu ildə mərkəzləşdirilmə aparılan zaman Şamaxı rayon kitabxanaları əsasında rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır.Hal-hazırda Mərkəzləşdirilmiş Kitabxana Sistemi özündə Mərkəzi Kitabxananı, 2 şəhər və 40 kənd kitabxana filialını birləşdirir.

Şamaxı rayon Heydər Əliyev parkı

Şamaxı rayon Heydər Əliyev parkı Şamaxının mərkəzində yerləşir. Parkın ərazisi 4.5 hektardı. Parkın mərkəzində Ulu Öndərin abidəsi ucalır. Parkda 3 fəvvarə, 270 yerlik yay konsert meydançası, kafe, uşaq əyləncə mərkəzi, istirahət köşkləri yaradılıb.

Şahmat məktəbi haqqında​

Şamaxı rayon Şahmat Məktəbi 1986-cı ildən bugünədək fəaliyyət göstərir. Heydər Əliyev fondu tərəfindən əsaslı təmir olunduqdan sonra 2009-cu il noyabr ayının 26-da cənab prezident İlham Əliyev məktəbin rəsmi açılışını etmişdir.Məktəbdə 33qrup var,505 şagird təhsil alır.