Heydər Əliyev Muzeyi

Şamaxı rayon Heydər Əliyev Mərkəzi Şamaxı rayonunun ən görkəmli binalarındandır. 2009-cu il noyabr ayının 26-da cənab Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən bu bina öz görkəmi ilə göz oxşayır.

Mərkəzdə yaradılan Heydər Əliyev muzeyi ulu öndərin keçdiyi şərəfli həyat yolunu və zəngin fəaliyyətini geniş surətdə əks etdirir.7 bölmədən ibarət olan muzeydə Heydər Əliyevin zəngin fəaliyyətinin bütün dövrləri əks olunub. Muzeydə ulu öndərin uşaqlıq və gənclik illəri ilə yanaşı, Şamaxı rayonuna tarixi səfərləri haqqında məlumat almaq mümkündür. Ulu öndərin ailə şəkilləri, tərcümeyi-halı, ali təhsil haqqında diplomu,Heydər Əliyevin imzası ilə “Şamaxı rayonunun iqtisadiyyatı və mədəniyyətinin uzunmüddətli inkişaf tədbirləri haqqında” qərar və digər sənədlər xüsusi guşədə nümayiş olunur.

Mərkəzin ekspozisiya zalında ulu öndər haqqında filmləri izləmək üçün monitor quraşdırılıb.