Kitabxana

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin 13 sentyabr 2017-ci il tarixli 379 saylı məktubuna əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin tapşırığına uyğun olaraq rayon MKS-nin filiallarından birinin müvafiq rayonlar üzrə Heydər Əliyev Mərkəzlərində fəaliyyətinin təmin edilməsi tapşırılmışdır. Tapşırığa əsasən Şamaxı MKS-nin kitabxana xidməti Şamaxı rayon Heydər Əliyev Mərkəzində yerləşdirilmişdir. Kitabxanada Ulu Öndərin fəaliyyətini əks etdirən kitablarla yanaşı, dünya ədəbiyyatından da nümunələr var. Burada tələbələr və şagirdlər vaxtaşırı mütaliə edirlər.