Heydər Əliyev və Şamaxı

Heydər Əliyev və Şamaxı

Ulu öndərimiz Heydər Əliyevin qədim Şamaxı torpağına göstərdiyi böyuk atalıq duyğusu barəsində qürurla danışmaq olar. Dahi rəhbərimiz Heydər Əliyev 1974-cü ildən 1982-ci ilə kimi 14 dəfə Şamaxıda olmuş,rayon sakinləri ilə görüşmüş,onlara müasir Şamaxının tikilib qurulmasında öz xeyir duasını vermişdir. Onun şəxsi tapşırığı və göstərişi ilə 1978-ci il yanvarın 21-də “Şamaxı rayonunun iqtisadiyyatını və mədəniyyətini dahada inkişaf etdirmək tədbirləri haqqında”çox mühüm dövlət qərarı qəbul edilmişdir.Ulu Öndər Heydər Əliyev hər gəlişi zamanı kənd təsərrüfatı işlərinin gedişi ilə yanaşı xalqın güzaranı yaşayış tərzi və problemləri ilə də yaxından maraqlanmışdır.Xüsusilə hər dəfə Şamaxının keçmişinə,Azərbaycan tarixindəki yerinə və roluna son dərəcə hörmətlə və ehtiramla yanaşaraq deyərmiş: “Şamaxı Azərbaycanın ən qədim elm və mədəniyyət mərkəzidir.O, Azərbaycanın ictimai fikir tarixində müstəsna rolu olan sənətkarlar yetişdirmişdir”.

Bugün dərin ehtiram hissi ilə xatırlamağa borcluyuq ki, Şamaxının kənd təsərrüfatı ilə yanaşı rayon iqtisadiyyatının və mədəniyyətinin bütün sahələrinin inkişafı,sosial-məişət problemlərinin həlli xalqımızın əvəzolunmaz oğlu HeydərƏliyevin adı ilə bağlıdır.Dahi öndərimizin şəxsi tapşırığı ilə hazırlanmış və qəbul edilmiş”Şamaxı rayonunun iqtisadiyyatının və mədəniyyətinin daha da inkişaf etdirilməsi tədbirləri haqqında”Keçmiş Azərbaycan KP MK-nın və respublika Nasirlər Sovetinin 1978-ci il 21 yanvar tarixli qərarından sonra Şamaxı şəhərinin,rayonun kənd və qəsəbələrinin siması başdan-başa dəyişmiş, sosial iqtisadi və mədəni durumu getdikcə möhkəmləndirilmişdir.

1979-cu il avqustun 1-də Şamaxıda olarkən Ulu öndər Heydər Əliyev deyirdi:”Biz Şamaxı rayonuna böyük qayğı göstəririk”. Şamaxı rayonunun iqtisadiyyatını və mədəniyyətini daha da inkişaf etdirmək tədbirləri haqqında 21 yanvar 1978-ci il tarixli qərar da məhz bu qayğı ilə əlaqədardır.

1980-ci ilin sentyabr ayında keçirilən Şamaxı rayon fəallarının yığıncağındakı dərin məzmunlu,proqram xarakterli çıxışında bütün şamaxılıların sevimlisi Heydər Əliyev deyirdi:”Şamaxı həm də üzüzümçülüyün ən qədim məskənlərindən biridir.Hazırda o respublikada üzümçülüyün inkişafı üzrə mərkəzə çevrilmişdir.”

Ümumilli lider Şamaxıya hər gəlişi zamanı rayonda yaşayan malakanların,o cümlədən digər millətinlərin vəziyyəti ilə maraqlanır,onların qarşılaşdığı bütün problemləri həll edirdi.Heydər Əliyev Şamaxıya tarixi səfərləri zamanı düz altı dəfəmalakanların kompakt şəkildə yaşadığı Çuxuryurd kəndində olmuş,keçmiş İliç adına kolxozun iqtisadiyyyatının inkişafı, çuxuryurdluların güzəranının yaxşılaşdırılması üçün hərtərəfli qayğı və diqqət göstərmişdir.

Qürur hissi ilə demək istəyirik: Müasir Şamaxı Ulu Öndər Heydər Əliyev dövründə yenidən tikilib qurulmuşdur. Bu 100 min əhalisi olan və tarixi min illərlə ölçülən qədim Şamaxının və xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik və işıqlı ideyaları ətrafında sıx birləşən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin başçılığı altında xoşbəxt və firəvan ömür sürən bütün şamaxılıların ürək sözüdür