Qalereya

Şamaxı rayon Heydər Əliyev Mərkəzinin ekspozisiya zalı Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən müxtəlif bölmələrdən ibarətdir. Burada 151 eksponat sərgilənir.

I Bölmə. Heydər Əliyevin uşaqlıq, gənclik və orta yaş dövrünü əhatə edir.

Heydər Əliyev Naxcıvan MSSR Xalq Komissarları Sovetinin şöbə müdiri - 1942-ci il.

Heydər Əliyev DTK Ali məktəbinin kursantı. Leninqrad - 1949-cı il.

II Bölmə. Heydər Əliyevin Şamaxıya səfərlərinin fotoxronikası.

Ulu Öndər Çuxuryurd kəndində duz-çörəklə qarşılanarkən 02 avqust 1979-cu il.

Heydər Əliyev Şamaxının zəhmətkeşləri ilə 12 sentyabr 1980-ci il.

III Bölmə. Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyindəki fəaliyyət dövrünü əhatə edir.

SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini.

Heydər Əliyevin Hanayda qarşılanma mərasimi 1983-cü il.

Heydər Əliyev paradı qəbul edərkən. 1 may 1983-cü il.

IV Bölmə. Heydər Əliyevin Azərbaycana II qayıdış dövrü, Naxçıvan MR Ali Məclisinin sədri işləyərkən.

Naxcıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Şəhidlər Xiyabınında. Bakı 1991-ci il.

Heydər Əliyev Ümüd Korpüsünün açılışına gələn Süleyman Dəmirəli qarşılayarkən - 1992-ci il.

V Bölmə. Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir.

Heydər Əliyev YAP-ın üzvlük vəsiqəsini İlham Əliyevə təqdim edir - 2000

Prezident Heydər Əliyevin 1993 - 1998-ci illərdə and içmə mərasimləri.

VI Bölmə. Xarici siyasət bölməsi. Heydər Əliyev dünyanın gözü ilə. Tanınmış siyasətçilərin Heydər Əliyev haqqında dediyi sözlər.

Heydər Əliyevin BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə bölməsində çıxışı. Paris - 1993-cü il.

Heydər Əliyevin Lissabon sammitində tarixi çıxışı - 1996-cı il.

VII Bölmə. Ümummilli liderin ailə şəkilləri, tərcümeyi-halı və sənədləri sərgilən.

Heydər Əliyevin ailəvi, övladları və nəvələri ilə

Heydər Əliyevin imzası ilə "Şamaxı rayonunun iqtisadiyyatının və mədəniyyətinin uzunmüddətli inkişaf tədbirləri haqqında" sənəd - 21 yanvar 1978-ci il.

Heydər Əliyevə General-mayor rütbəsinin verilməsi haqqında sənəd - 21 yanvar 1978-ci il.