"Heydər Əliyev və Azərbaycan dili " mövzusunda videokonfrans

"Heydər Əliyev və Azərbaycan dili " mövzusunda videokonfrans

30 iyul 2021-ci ildə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Şamaxı YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan dili Gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan dili " mövzusunda videokonfrans keçirilib

Konfransı Şamaxı YAP Gənclər Birliyinin sədri Nuranə Məmmədova açıq elan edərək, konfrans iştirakçılarını bu gün münadibətilə təbrik edib daha sonra isə konfrans iştirakçılarına söz verib

Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşdırılması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir.Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm" deyən Ulu öndər Heydər Əliyev bütün çətinliklərə sinə gələrək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sarsıdılan Azərbaycan dilini labüd bəladan xilas etdi.

Daha sonra BDU-nun müəllimi tarix üzrə fəlsəfə doktoru dosent Sevinc Qasımova çıxış edərək Azərbaycan dilinin tarixi haqqında geniş məlumat verdi və bildirdi ki, Azərbaycan dili öz mahiyyətinə görə dünyanın ən zəngin milli dillərindən biri sayılır.Azərbaycan dilinin gözəlliyi, onun zənginliyi və digər xüsusiyyətləri tarixən bir sıra görkəmli şəxsiyyətlərin nəzəri diqqətini cəlb etmişdir.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə məhz azərbaycançılığın mənəvi əsası kimi yüksək qiymət verirdi. Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən dahi rəhbərimiz BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında ana dilində parlaq çıxışlar edərək, özünə çox böyük hörmət və məhəbbət qazanmışdır.

Daha sonra çıxış edən APU-nun Şamaxı filialının azərbaycan dili müəlliməsi Sevinc Baxşıyeva bildirdi ki, müstəqilliyimizin ilk ilində 1991ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı.Yalnız Ümummilli lider Heydər Əliyevin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında " fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilnəsinə stimul verildi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr latın qrafikası ilə aparıldı.