"Zəriflik, Nəciblik və Xeyirxahlıq Təcəssümü " adlı videokonfrans

 "Zəriflik, Nəciblik və Xeyirxahlıq Təcəssümü " adlı videokonfrans

26 avqust Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür.

Bu münasibətlə Siyəzən Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Şamaxı, Abşeron,Qaradağ, Xaçmaz, Qazax rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə "Zəriflik, Nəciblik və Xeyirxahlıq Təcəssümü " adlı videokonfrans keçirildi.

Videokonfransı Siyəzən Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev açdı.

Dövlətini və xalqını bütün dünyada tanıtdırmağı bacaran, Dövlət Başçımıza sədaqətli və etibarlı yol yoldaşı olan Mehriban xanıma bu müqəddəs yolda qətiyyətli addımlar və cansağlığı dilədi.

Daha sonra çıxış edən Heydər Əliyev Mərkəzlərinin direktorları Könül Eyvazova, Könül Əsgərova, Tükəzban Həsənova,Samirə Həsənova,Ceyhunə Hüseynova bildirdilər ki, müasir həyatımızda Azərbaycan qadınının fəallığı diqqət mərkəzindədir. Demək olar ki, respublikamızın bütün sahələrində qadınlarımız təmsil olunurlar. Qadınlarımızın nüfuzu gündən-günə artmaqdadır.Bunun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.Ümummili liderin qadına verdiyi qiymət ,Azərbaycan qadını haqqında ifadə etdiyi səmimi tarixi fikirlər milli dəyərləri özündə yaşadan qadınlarımızın kimliyini ifadə edir.

Azərbaycan qadınının ümumiləşdirilmiş siması olan Mehriban xanım Əliyeva dünya miqyasında Azərbaycan xanımının simvoluna çevrilib.

Xalqını,millətini,dövlətini ürəkdən sevən bu gözəl və səmimi xanım öz fəaliyyəti ilə Azərbaycan tarixinə heç zaman silinməyəcək uğurlu imza atmışdır. Dövlətimizin bütün sahələrdə nail olduğu uğurlu inkişaf və nailiyyətlərdə Mehriban xanımın danılmaz töhfəsi vardır. Mehriban xanım gördüyü işlərlə Azərbaycan qadınının xeyriyyəçi, mərhəmətli bir varlıq olduğunu bir daha sübut etdi. O həm mehriban ana, qayğıkeş həyat yoldaşı ,ağıllı, səriştəli dövlət xadimi olmaqla ,bir xanımın öz xalqı üçün nə qədər faydalı işlər görə biləcəyini bütün dünyaya sübut etdi.

İctimai fəaliyyətə başladığı zaman məsafəsində ənənəvi musiqinin, ədəbiyyatın və poeziyanın inkişafına verdiyi töhfələrə, və YUNESKONUN ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın xoşməramlı səfiri adına layiq görüldü.

Azərbaycan mədəni irsinin təbliğinin, onun milli və regional səviyyədə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərdi. Mədəniyyətimizin təbliğ olunması məqsədi ilə üç dildə nəşr edilən "İrs" jurnalını təsis etdi.

Bugün Mehriban Əliyevanın gördüyü işlərin sədası dünyanın hər yerindən eşidilir.Dünya dövlətlərinin yüksək tribunalarındakı çıxışı və qaldırdığı məsələlər bu fikri təsdiqləyir ki, Ümummili liderin təməlini qoyduğu yol bu gün də davam etdirilməkdədir.