Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Şamaxı GİKM-in "Heydər Əliyev dövrünə ziyarət" layihəsi çərçivəsində növbəti tədbiri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 52-ci ildönümünə həsr edildi.

Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Şamaxı GİKM-in "Heydər Əliyev dövrünə ziyarət" layihəsi çərçivəsində növbəti tədbiri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 52-ci ildönümünə həsr edildi.

09.07.2021-ci il tarixində Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Şamaxı GİKM-in "Heydər Əliyev dövrünə ziyarət" layihəsi çərçivəsində növbəti tədbiri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 52-ci ildönümünə həsr edildi.

Mərkəzin direktoru Könül Eyvazova gənclərə çıxışında bildirdi ki, 1969-cu ilə qədər Azərbaycanın iqtisadiyyat, kənd təsərrüfatı üzrə göstəriciləri aşağı idi.

Azərbaycanın zəngin incəsənət ,mədəniyyət tarixinə baxmayaraq tanıdılması üçün heç bir iş görülmürdü. Azərbaycanın 20-ci əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyevin şəxsiyyəti ilə ,onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyevin uzaqgörən siyasəti və müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təssərrüfatl respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi.1970-1985-ci illərdə, tatixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod fabrik, istehsalat sahələri yaradıldı.Həmin dövrdə 250 yeni müəssisə tikildi,6 yeni universitet açıldı, məktəblər, xəstəxanalar inşa edildi. Azərbaycanın mədəniyyəti və incəsənəti SSRİ səviyyəsində tanındı.

Daha sonra Mərkəzin bələdçisi Şəhla İsmayılova gəncləri həmin dövrləri əks etdirən fotoşəkillərlə tanış etdi və geniş məlumat verdi.