Şamaxı Heydər Əliyev Mərkəzi və Şamaxı GİKM-in iştirakı ilə " Tovuz döyüşləri - Qələbəyə aparan yollar" adlı tədbir keçirildi.

 Şamaxı Heydər Əliyev Mərkəzi və Şamaxı GİKM-in iştirakı ilə " Tovuz döyüşləri - Qələbəyə aparan yollar" adlı tədbir keçirildi.

12.07.2021-ci il tarixində Şamaxı Heydər Əliyev Mərkəzi və Şamaxı GİKM-in iştirakı ilə " Tovuz döyüşləri - Qələbəyə aparan yollar" adlı tədbir keçirildi.

İlk öncə vətən uğrunda canından keçmış şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Mərkəzin direktoru Könül Eyvazova və GİKM-in direktoru Ramin Məcdunov Tovuz döyüşlərinin Azərbaycan tarixindəki rolundan bəhs etdi və bildirdi ki, bu döyüşlər 44 günlük qələbəmizin başlanğıcı oldu.

Sonda Gənclər fondunun dəstəyi ilə çəkilmiş " Tovuz döyüşləri - Sərhədlərimiz toxunulmazdır " adlı sənədli film mümayiş olundu.