"Uşaqlar Gələcəyimizdir" adlı tədbir

"Uşaqlar Gələcəyimizdir" adlı tədbir

"1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Şamaxı rayon Heydər Əliyev Mərkəzində "Uşaqlar Gələcəyimizdir" adlı tədbir keçirildi

31.05.2021-ci il tarixdə Şamaxı rayon Heydər Əliyev Mərkəzində “1iyun - Uşaqları Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə rayon 1 saylı körpələr evi-uşaq bağçasının fidanlarının iştirakı ilə “Uşaqlar Gələcəyimizdir " mövzusunda tədbir keçirildi

Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova uşaqları bayram münasibətilə təbrik edib, onlara can sağlıgı, xoşbəxt gələcək arzuladı.Uşaqlar şeirlər söylədi, mahnı oxudu, rəqs etdi və "Heydər babanın nəvələriyik " filminə tamaşa etdilər.Mərkəzin bələdçisi Şəhla İsmayılova uşaqları Umummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoalbomla tanış etdi