Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə "Müstəqil Azərbaycan Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı abidədir" adlı videokonfrans keçirildi.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə "Müstəqil Azərbaycan Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı abidədir" adlı videokonfrans keçirildi.

Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və YAP Şamaxı rayon Gənclər birliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə "Müstəqil Azərbaycan Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı abidədir" adlı videokonfrans keçirildi. Konfransda MM- nin deputatı Tamam xanım Cəfərova, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri, ADPU-nu Şamaxı filialının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Mayıl Alcanov, ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova, İsmayıllı RMİ- nin rəis müavini Azər Abbasov, Şamaxı Gənclər və İdman İdarəsinin əməkdaşları, təhsil, mədəniyyət işçiləri, ADPU-nun tələbə və müəllim kollektivi iştirak edirdi. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova açdı və bildirdi ki, müstəqil Azərbaycanın qurucusu, memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan böyük dövlət xadimi Heydər Əliyev respublikamıza rəhbərliyinin bütün dövründə vətən və xalq qarşısında misilsiz xidmətlər göstərmişdir. Azərbaycan xalqının taleyi və uğur tarixi məhz Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Çıxış üçün söz hörmətli deputat Tamam Cəfərovaya verildi. Deputat çıxışında bildirdi ki, Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik edib. Hər iki dövr Azərbaycan xalqı üçün çətin sınaqların, böyük böhranın yaşandığı dövr olub. Onun sovet Azərbaycanına rəhbərlik etdiyi illər ölkə həyatında yeni bir intibah mərhələsinin başlanğıcı idi. Azərbaycan SSRİ -nin kasıblıq, qıtlıq içində yaşayan geridə qalmış ölkəsi idi. Amma qısa bir müddət ərzində Ulu öndər Azərbaycanı ittifaqın ən qabaqcıl respublikasından birinə çevirdi. Tamam xanım Heydər Əliyevin onun taleyindəki müsbət rolundan da, geniş söhbət açdı. Daha sonra çıxış edən Mayıl Alcanov bildirdi ki, Heydər Əliyev rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli - mənəvi dəyərlərinin qorunmasına, xalqın adət ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Dosent Tünzalə Yusifova bildirdi ki, Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı. Dahi rəhbər təhsil sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalayıb və bu sahənin inkişafında həmin sənədlərin xüsusi rolu olub. Heydər Əliyevin ideyaları bu gün prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Daha sonra çıxış edən İsmayıllı RMİ- nin Şamaxı rayon üzrə baş məsləhətçisi Rəfael Tağızadə Ulu öndər Heydər Əliyevin Şamaxı səfərlərindən, YAP gənclər birliyinin sədri Nuranə Məmmədova gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıb.