" Heydər Əliyev irsinin təbliği "adlı videokonfrans

" Heydər Əliyev irsinin təbliği "adlı videokonfrans

11.05.2021-ci il tarixində Şamaxı Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən " Heydər Əliyev irsinin təbliği " məqsədilə yaranmış Təbliğat qrupunun rəhbəri Könül Eyvazova, qrupun üzvləri ADPU- nun Şamaxı filialının Tərbiyə işləri üzrə direktor müavini, Sosial və pededaqoji elmlər kafedrasının müəllimi Şəlalə Seyidova, ADPU-nun Şamaxı filialının pedaqoji fakultə dekanı Qahirə Şahbazovanın və təhsil mədəniyyət işçilərinin iştirakı ilə Cənab Prezident İlham Əliyevin " Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi haqqında " sərəncamdan irəli gələn tezislə əlaqədar videoformatda tədbir keçirildi.

Tədbirdə çıxış edən Könül Eyvazova, Qahirə Şahbazova, Şəlalə Seyidova, M.Ə.Sabirin Ev Muzeyinin direktoru Rəksanə Xəlilova, Şamaxı MKS-nin uşaq şöbəsinin müdiri Vüsalə Əsgərova, şöbə müdiri Afaq Səfiyeva bildirdilər ki, 2020- ci il noyabrın 8-i tariximizə ən şanlı gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident İlham Əliyev 2020-ci il noyabrln 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışlq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq.2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu ,bizim şanlı Qələbəmizin Zəfərimizin günüdür!"

Cənab Prezident İlham Əliyev mayın 7-də " Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncam imzalayıb.