" Aprel döyüşləri - böyük zəfərin başlanğıc nöqtəsidir " adlı tədbir

" Aprel döyüşləri - böyük zəfərin başlanğıc nöqtəsidir " adlı tədbir

Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Şamaxı rayon GKİM-nin birgə təşkilatçılığı və gənclərin iştirakı ilə " Aprel döyüşləri - böyük zəfərin başlanğıc nöqtəsidir " adlı tədbir təşkil edildi.

İlk öncə Vətənimizin azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Mərkəzin direktoru Könül Eyvazova və bələdçi Şəhla İsmayılova çıxış edərək bildirdilər ki ,Aprel döyüşləri bütün dünyaya Azərbaycan ordusunun gücünü ,qələbə əzmini ,ədalətin bərpa olunacağını göstərdi.Tarixə " Dördgünlük müharibə" adı ilə düşən aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi.Aprel döyüşlərində qazanılan qələbə ordumuzun necə böyük bir potensiala malik olduğunu bir daha göstərdi.Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin "44 günlük müharibəbə" də qazandığı qələbənin başlanğıc nöqtəsi oldu.

Daha sonra isə tədbir gənclərlə diskussiya şəklində davam etdirildi.Gənclərin bugünkü zəfərimizə, torpaqlarımızın azad olunmasına olan sevinc hissləri, Azərbaycan Ordusuna ,Ali Baş Komandan İlham Əliyevə olan sevgiləri dilə gətirildi.