"Heydər Əliyev dövrünə ziyarət " adlı tədbir

 "Heydər Əliyev dövrünə ziyarət " adlı tədbir

19 mart 2021-ci il tarixində Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və Şamaxı GİKM-nin birgə təşkilatçılığı gənclərin iştirakı ilə "Heydər Əliyev dövrünə ziyarət " adlı tədbir keçirildi.

Tədbirin əsas məqsədi Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsini, azərbaycançılıq idealogiyasını gənclərə təbliğ etməkdir.

Mərkəzin direktoru Könül Eyvazova gənclərlə çıxışında bildirdi ki, Ulu öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz bir məktəbdir.

Heydər Əliyevin respublikamız hələ keçmiş Sovet İttifaqının tərkibində olduğu zaman Azərbaycan üçün gördüyü işlər misilsizdir. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi 15 ilə yaxın bir dövrdə Azərbaycanda həyat ritmi büsbütün dəyişdi. Ölkədə görünməmiş canlanma, tikinti quruculuq işləri başlandı.Ulu Öndərin gərgin fəaliyyəti nəticəsində Azərbaycan geridə qalmış aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevrildi. İqtisadiyyat sənaye və kənd təsərrüfatında, mədəniyyət, təhsil sahəsində böyük uğurlar əldə edildi.

Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünki dövlət müstəqilliyinin təməli qoyuldu,

milli ruh, azadlıq məfkurəsi yüksəlməyə başladı.Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarı, müstəqil Azərbaycanın qurucusudur!

Sonra Mərkəzin bələdçisi Şəhla İsmayılova gəncləri Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin eksponatların nümayiş olunduğu ekspzisiya zalı ilə tanış etdi.

Mərkəzin kitabxana bölməsinin əməkdaşı Nuridə Qədirova gənclərə Ulu öndərin zəngin həyat və fəaliyyətinə həsr olunmuş kitablar haqqında məlumat verdi.

Sonda " Sən həmişə bizimləsən " filmi nümayiş olundu.