Xalçaçılıq

Şamaxı rayon Heydər Əliyev Mərkəzində xalçaçılıq dərnəyi 2010-cu ildən bu günədək fəaliyyət göstərir. Dərnəyə əsasən gənc xanımlar maraq göstərirlər. Qədim Şirvan xalçaçılıq sənətinin incəlikləri burada gənclərə və tələbələrə həvəslə öyrədilir.

Dərslər həftənin II-IV-VI günləri keçirilir. Dərnəyə Sevda Səlimova rəhbərlik edir.Dərnək ödənişsizdir.

Multimedia

Şamaxı rayon Heydər Əliyev Mərkəzində müasir tipli multimediya studiyası 2008-ci ildən bu günədək fəaliyyət göstərir.

Burada gənclərə, tələbələrə, şagirdlərə foto sənətinin sirləri və eyni zamanda photoshop rastr qrafikası ilə mükəmməl işləmək öyrədilir. Dərslər həftənin I-III-V günləri keçirilir.Studiya müasir texniki avadanlıqlarla təmin olunub.