Rayon haqqında məlumat

Rayon haqqında məlumat

Respublikamızın bütün bölgələri kimi, Şamaxı rayonu da hazırda inkişafın yeni mərhələsini yaşayır. İqtisadi yüksəliş, sosial tərəqqi və mədəni intibah son illər qədim Şamaxının tarixi reallığıdır. Şamaxılılar bu reallıqlara dövlətimizin başçısı İlham Əliyevin yüksək diqqəti və qayğısı sayəsində nail olmuşlar. Təsadüfi deyildir ki, son on ildə Prezident İlham Əliyev 9 dəfə Şamaxıya səfər etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində Şamaxı rayonu üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilmiş və əsas makroiqtisadi göstəricilərdə artım əldə edilmişdir.

2017-ci ildə 2003-cü illə müqayisədə ümumi məhsul istehsalı 7,5 dəfə, pərakəndə ticarət dövriyyəsi 12,8 dəfə, kənd təsərrüfatı istehsalı 3,7 dəfə, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1,4 dəfə artmışdır. Həmçinin sahibkarlıq subyektlərinin sayı 11,2 dəfə çoxalmış, orta aylıq əmək haqqı 6,6 dəfə, pensiyaların orta məbləği 11,3 dəfə yüksəlmişdir.

2003-cü ildən 2018-ci ilin birinci yarısınadək Sahibkarlığa Kömək Milli Fondun tərəfindən kənd təsərrüfatının inkişafı məqsədilə aqrar sektorda çalışan 405 sahibkara 23141,3 min manat məbləğində güzəştli kreditlər verilmiş, bunun nəticəsində rayonda 1411 yeni iş yeri yaradılmışdır.

Mənzil fondunun ümumi sahəsi 50 faiz artmışdır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 48 mənzilli 3 yaşayış binası, gənc məcburi köçkün ailələri üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə 16 mənzilli 1 yaşayış binası tikilmişdir. Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün nəzərdə tutulmuş 36 mənzilli yaşayış binasında son tamamlanma işləri aparılır.

2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində son illər rayonda çoxsaylı istehsal müəssisələri, həmçinin Heydər Əliyev parkı, həmin parkda Ulu Öndərin adını daşıyan Mərkəz, YAP rayon təşkilatı üçün inzibati bina, Olimpiya İdman Mərkəzi, beynəlxalq standartlara cavab verən Müalicə-Diaqnostika Mərkəzi, Vergilər Nazirliyinin Tədris Mərkəzi, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, şəhər 1 saylı körpələr evi-uşaq bağçası, DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şamaxı Regional şöbəsi, Xalq Bankın rayon filialı üçün inzibati bina, 5 ulduzlu “Şamaxı Palace Platinum By Rixos” oteli və “Sakit Göl” istirahət mərkəzi, Dəmirçi kəndində turizm obyektləri, Bakı-Şamaxı, Şamaxı-Pirqulu-Avaxıl, Şamaxı-Çöl Göylər-Padar, Pirqulu-Dəmirçi, Dəmirçi-Lahıc avtomobil yolları tikilərək istifadəyə verilmişdir.

Ötən dövr ərzində rayonda 19 yeni məktəb binası, 8 məktəbdə yeni əlavə sinif otaqları tikilmiş, 7 məktəb, Mərkəzi Rayon Xəstəxanası, poliklinika binaları, Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, “Şirvan” mehmanxanası, rayon mərkəzi kitabxanasının binası, Şahmat məktəbi, Şamaxı Astrofizika Rəsədxanası yüksək keyfiyyətlə əsaslı təmir edilmiş, Şamaxı Cümə Məscidi Dövlət Tarix Memarlıq Abidəsi və Dəmirçi kənd məscidi isə əsaslı bərpa edilərək yenidən qurulmuşdur. Həmçinin şəhərdə yeni parklar salınmış, mövcud parklar və küçələr abadlaşdırılmış, işıqlandırma sistemləri tam yenidən qurulmuşdur. Bundan əlavə Şəhidlər Xiyabanı və Soyqırımı abidəsi əsaslı təmir olunmuş, ərazidə parklar formalaşdırılaraq geniş yaşıllıqlar salınmışdır.

2018-ci ilin ötən dövrü ərzində tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidənqurulması, sosial problemlərin həll edilməsi uğurla davam etdirilmişdir.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən müddət ərzində rayonumuzun abadlaşdırılması və əsas sosial problemlərin həlli istiqamətində xeyli işlər görülmüşdür. Şəhərin C.Məmmədquluzadə küçəsində abadlıq və tikinti işləri davam etdirilmişdir. Həmin əraziyə piyada səkisi salınmış, yeni işıqlandırma dirəkləri quraşdırılmışdır. Küçənin istinad divarları tikilmiş və aqlay üzlük materialları ilə memarlıq üslubunda üzlənilmişdir. Küçə və səki hissəsinə asvalt beton örtüyü salınmışdır. Şəhərin B.Mirzəyev, Azadlıq, 20 Yanvar, Gənclər, Şərifzadə, Şəhriyar, Şirvan, M.Ə.Rəsulzadə, Əzizbəyov, H.Əliyev, S.Ə.Şirvani və C.Məmmədquluzadə küçələrində piyadalar üçün yeni səkilər qoyulmuş, səki hissəsinə asvalt beton örtüyü salınmışdır, pilləkənlər əsaslı təmir olunaraq aqlay üzlük daşla üzlənilmişdir. Şəhərin N.Nərimanov, B.Mirzəyev və C.Məmmədquluzadə küçəsinin istinad və hasar divarları əsaslı təmir olunaraq üzlük qaya daşları ilə üzlənilmişdir. Yaşıllıq zonalarına həmişəyaşıl Leylandra ağacları əkilmiş və suvarma üçün su xətti çəkilmiş, ətrafına dekorativ yaşıl barmaqlıqlar quraşdırılmışdır. Şəhərdə 45 ictimai binanın dam örtüyü dəyişdirilmiş 10 binanın xarici divarları suvanaraq əsaslı təmir olunmuşdur. Hazırda ictimai binalarda təmir işləri davam etdirilir. M.Ə.Sabirin ev muzeyinin inşadan sonra son tamamlama işləri, Nəsimi parkında yenidənqurma işləri aparılır. Şəhərin giriş hissəsində Azpetrol yanacaqdoldurma məntəqəsinin və “ASAN” xidmət binasının təməli qoyularaq inşaat işləri aparılır. Bundan əlavə rayonun Göylər kəndində sahə xəstəxanasının tikintisinə başlanacaqdır. Turizmin inkişafı məqsədi ilə rayon İcra Hakimiyyətinin sifarişi ilə Dəmirçi kəndindən İsmayıllı rayonunun Lahıc kəndinə yeni 22 km-lik avtomobil yolunun tikintisi davam etdirilmiş, bundan əlavə Dəmirçi kəndində öz tarixi keçmişini özündə əks eydirən etnoqrafiya muzeyinin tikintisi sürətlə aparılmışdır. Hesabat dövrü ərzində rayonun Mirikənd-Qaravəlli-Məlcək kəndlərini birləşdirən 5 km-lik avtomobil yolu təmir olunmuş, Çuxuryurd-Qaleybuğurd-Sis-Keçmədin-Qaladərəsi kəndlərinin birləşdirən 9 km-lik yolun tikintisinə başlanılmışdır.


Şamaxı rayonu istər tarixi keçmişi, istərsə də coğrafi şəraiti baxımından turizm üçün olduqca əlverişli bir zonadır. Məhz buna görə də rayona gələn turistlərin və istirahət mərkəzlərinin sayı ilbəil artır. Hazırda Pirqulu zonasında müasir standartlara cavab verəcək yeni turizm obyektlərinin tikintisi davam etdirilir.

2018-ci ilin əvvəllərindən başlayaraq tikinti-quruculuq işləri ilə yanaşı təmizlik və yaşıllaşdırma işlərinin genişləndirilməsi də xüsusi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, şəhərin yaşıllıq zonalarına həmişəyaşıl ağaclar əkilmiş və yaşıllığa lazımi qaydada aqrotexniki qulluğun göstərilməsi işləri davam etdirilmişdir.

2018-ci ilin birinci yarımilində 338 yeni qazlaşma işləri aparılmış, 490 ədəd sayğac yenisi ilə əvəz edilmiş, 369 ədəd sayğacın yeri dəyişdirilmişdir. Şamaxı Xidmət Sahəsi və “Təmiz qaz” təfindən aşkar olunmuş 5749 ədəd qaz sızmalarının qarşısı alınmışdır. 2018-ci ilin ikinci rübü ərzində şəhərin A.Məmmədağa, C.Adburrəhmanov, Şəhidlər küçələrində Çuxuryurd kəndində yeni qaz xəttləri çəkilmişdir. Əhalini normal təzyiqli və fasiləsiz qazla təmin etmək məqsədi ilə Astrofizika Rəsədxanasında 2 ədəd, Mirikənd kəndində 1 ədəd, Qaravəlli kəndində 1 ədəd, Məlcək kəndində 1 ədəd şkaf tipli qaz tənzimləyicilər və Pirquluda 1 ədəd siyirtmə, Qaravəlli kəndində 1 ədəd Çevirici Rəzə quraşdırılmışdır. Tədbirlər planına uyğun olaraq qaz təminatının yaxşılaşdırılması məqsədi ilə şəhərin O.Mirzəyev, İstiqlal, M.Kazımov, A.Bilal, 20 Yanvar küçələrində polad boru ilə yeni qaz xətti çəkilmişdir. Hazırda rayonun 44 yaşayış məntəqəsində 19729 abonent təbii qazla təmin olunur. Hesabat dövrü ərzində rayonun Hacıqədirli, Ovculu, Bağırlı, Qonaqkənd və Sabirli kəndlərində qazlaşma işlərinə başlanılmış və hazırda bu istiqamətdə işlər sürətə davam etdirilir. Şamaxı şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə şəhərin 02 a, 01 b və 10 a saylı yaşayış massivlərinin layihə-smeta sənədləri hazırlanmış və yaxın vaxtda həmin küçələrə təbii qaz xəttlərinin çəkilişi nəzərdə tutulmuşdur.

2018-ci ilin birinci yarsında rayonda “Azərişıq” və Şamaxı Elektrik Şəbəkəsinin balansında olan 10/04 kv-luq 36 ədəd müxtəlif güclü yeni transfarmatorlara baxış keçirilmiş və 13 ədəd yeni transformator quraşdırılmışdır. Həmin transfarmatorlardan çıxan 0,4 kv-luq hava xətlərində 124 ədəd istismara yararsız dayaq və 2.2 km naqil SİP kabellə əvəz edilmişdir. Şamaxı rayonu ərazisində yüksək voltlu elektrik enerjisi ilə təchiz edilən hava xəttində istismara yararsız olan 507 ədəd elektrik dirəyi, 10 kV-luq 1 saylı şəhər, 2 saylı şəhər, Bənövşə, çörək zavodu, Göylər, Mərkəz, S.Ə.Şirvani, Sabir, Nağaraxana hava xəttində 359 ədəd elektrik dirəyi, 10.6 km naqil və 1436 ədəd ŞS-10 markalı izalyator yenilənmişdir. Bundan əlavə 27 ədəd 10/0.4 kV-luq transformator məntəqəsi cari təmir olunmuşdur. 1336 ədəd sıradan çıxmış sayğaclar yenisi ilə əvəz edilmiş, 135 ədəd yeni tikilmiş evlərə quraşdırılmışdır. Sabir qəsəbə, Mərzəndiyə, Çıraqlı, Nağaraxana, I-Cabanı, II-Cabanı, Çaylı, Həmyəli, Qonaqkənd kəndlərində 47 ədəd 0,4 kv-luq dəmir-beton dayaq dəyişdirilmiş, 1840 m məsafədə SİP kabel çəkilmiş 8.5 m məsafədə isə təmir işləri aparılmışdır.

2018-ci ildə Həmyə kəndinin yaxınlığında 35/10 kV-luq yeni Şamaxı Yarım Stansiyasının, 10 kV Sabir, Nəsimi, Şıxlar, Qonaqkənd, Azərinşaat, Nağaraxana h/x-lərinin yenidənqurması, Cabanı 1, Cabanı 2, Çaylı, Həmyə, Qonaqkənd, Sabir, Mərzəndiyə Çıraqlı, Nağaraxana kəndlərində 0,4 kV-luq elektrik verliş xətlərində 1400 ədəd yeni metal və dəmir-beton dayaq bastırılması, 5 km məsafədə özünüdaşıyan izolyasiyalı naqilin çəkilməsi istiqamətində işlər davam etdirilmişdir.

2018-cı ilin birinci yarısı ərzində rayon əhalisinin keyfiyyətli rabitə xidməti ilə təmin etmək üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 396 ədəd telefon, 447 ədəd internet xətləri çəkilmişdir. Mərzəndiyə Elektron Avtomat Telefon Stansiyasında 20-N-lik genişləndirmə işləri aparılmış, kabellər dəyişdirilmiş və təmir edilmişdir. Rayonun Göylər, Qaleybuğurd, Çuxuryurd kəndlərində və şəhərin Şəhriyar, 20 yanvar, M.Bayramov, T.Zahidov, N.Nərimanov, C.Məmmədquluzadə, Z.Hacıyev, R.Rza, H.Məmmədov, M.Ə.Rəsulzadə, Y.Kələntərli, F.Şirvani küçələrində Elektron Avtomat Telefon Stansiyasında genişləndirmə işləri aparılmış və əlavə dəmir dirəklər bastırılmışdır. S.Ə.Şirvani, M.Ə.Rəsulzadə və C.Məmmədquluzadə küçələrində 6 ədəd kabel quyusu təmizlənmiş, 2 quyu asfalt örtüyün səviyyəsinə qaldırılmış, H.Əliyev və H.Mahmudağa küçələrində yeni abonent qutuları quraşdırılmışdır.

Ötən müddət ərzində əhaliyə göstərilmiş poçt xidmətlərinin keyfiyyəti xeyli yüksəlmişdir. Bütün kommunal xərclərinin ödənilməsi, respublika daxilində pul qəbulu və xaricə pul göndərilməsi müəsissə tərəfindən uğurla həyata keçirilmişdir. Müəsisədə plan yerinə yetirilərək 102% əməl olunmuşdur.

2018-ci ilin birinci yarsında şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilmişdir. Hazırda 7655 abonentin unvanına sayğaclar quraşdırılaraq içməli su ilə təmin edilmişlər. Layihə üzrə şəhərin su təchizatının tam təmin etmək məqsədi ilə 7 su ambarının inşası nəzərdə tutulmuşdur. Hazırda 1 və 3 saylı su anbarları istifadəyə verilmiş və qalan 5 su ambarından 2-si 2 nömrəli iyul ayının sonuna, 2/1 nömrəli isə oktyabr ayının sonuna kimi inşası tamamlanaraq istifadiyə verilməsi nəzərdə tutulmuşdur. Şəhərin fasiləsiz su təchizatının təminatı məqsədi ilə rayonun Çağan kəndi ərazisində nasosxana quraşdırılmaqla AİC podratçı təşkilat tərəfindən D-530 mm boru ilə yeni su xəttinin inşası aparılır və həmin xəttin istifadəyə verilməsi 2018-ci ilin 3-cü rübün sonuna nəzərdə tutulmuşdur.

2018-ci ilin ötən ayları ərzində rayonda həyata keçirilən məqsədyönlü tədbirlər, ən əsası bir çox sosial problemlərin uğurlu həlli nəticəsində rayonda icti mai-siyasi sabitlik davam etmişdir. Rayonda mütamadi qaydada aparılan bu və ya digər tədbirlər öz müsbət təsirini göstərməkdədir.

Qədim tarixə, füsunkar təbiətə, əlverişli iqlim şəraitinə malik, özünə məxsus adət ənənələri, milli mətbəxi ilə məşhur olan Şamaxı bütün fəsillərdə yerli və xarici turistləri özünə cəlb edir.

Hazırda Şamaxı rayonun ərazisində üç beş ulduzlu otel, 22 istirahət-turist mərkəzi mövcuddur. 2018-ci ilin 6 ayı ərzində rayonumuza 35100 nəfər turist gəlmişdir ki, bunlardan 7750 nəfəri xarici turist olmuşdur.