Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat


Ümumilli lider Heydər Əliyevə ümumxalq məhəbbətinin təcəssümü olaraq 2005-ci ildən etibarən respublikamızın şəhər və rayonlarında ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş Heydər Əliyev muzeyləri yaradılmışdır.

2007-ci ildə Ulu öndərin həyat və fəaliyyətini zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə Şamaxı rayon Heydər Əliyev muzeyinin inşasına başlanılmış 2008-ci il may ayının 10- da Heydər Əliyev Muzeyi istifadəyə verilmişdir.

Heydər Əliyev Muzeyləri fəaliyyət dairələrini geniş-ləndirərək, öznəzərində müxtəlif dərnəklər,kitabxanalar, kinozallar,xarici dil kursları və sair.şəbəkələrin yaradılmasına nail olmuşlar,Heydər Əliyev muzeyinin mahiyyət etibarilə Mərkəz kimi fəaliyyət göstərdiyini, onların Regionlarda ictimai- siyasi və mədəni mərkəzlər kimi mühüm rol oynadığını ,habelə yerlərdən daxil olan çoxsaylı müraciətləri əsas tutaraq nazirliyin müvafiq əmri ilə bu muzeylər mərkəz adlandırılmışlar.26 noyabr 2009-cu ildə Şamaxı rayon Heydər Əliyev Mərkəzinin Cənab Prezident İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olmuşdur.

Mərkəzinin inzibati binasının ümumi sahəsi 1291,1 m2-dir. O cümlədən, 450,7 m2 ekspozisiya-sərgi zalı, 830,7 m2 isə foyelərdən və yardımçı otaqlardan ibarətdir. Mərkəzin ümumilikdə 871 ədəd eksponat fondu var.

Ümumi ərazisi 399,4 m2 olan birinci mərtəbədə ərazisi 196,6m2olan ümumi giriş salonu, 27,4m2 multimediya studiyası, 33,6m2 müdiriyyət otağı, 33,6m2 xalq sənətkarlığı studiyası, 33,6m2 elektron kitabxana, 33,6m2 rəsm studiyası, 10,4m2 fond saxlama sahəsi, 30,6m2 fəxri guşə yerləşir.

Mərkəzin ümumi sahəsi 440,1m2-lik zirzəmi hissəsində ərazisi 30,4m2 olan qarderob sahəsi, 5,9m2+5,9m2 iki sanitar qovşağı, 75,6m2 bufet-qəlyanaltı və 295,3m2 yardımçı zirzəmi yerləşir.