Mərkəzin binası

Şamaxı rayon Heydər Əliyev Mərkəzinin inzibati binasının ümumi sahəsi 1291,1 m2-dir. O cümlədən, 450,7 m2 ekspozisiya-sərgi zalı, 830,7 m2 isə foyelərdən və yardımçı otaqlardan ibarətdir. Mərkəzin ümumilikdə 871 ədəd eksponat fondu var.

Ümumi ərazisi 399,4 m2 olan birinci mərtəbədə ərazisi 196,6m2olan ümumi giriş salonu, 27,4m2 multimediya studiyası, 33,6m2 müdiriyyət otağı, 33,6m2 xalq sənətkarlığı studiyası, 33,6m2 elektron kitabxana, 33,6m2 rəsm studiyası, 10,4m2 fond saxlama sahəsi, 30,6m2 fəxri guşə yerləşir.

Mərkəzin ümumi sahəsi 440,1m2-lik zirzəmi hissəsində ərazisi 30,4m2 olan qarderob sahəsi, 5,9m2+5,9m2 iki sanitar qovşağı, 75,6m2 bufet-qəlyanaltı və 295,3m2 yardımçı zirzəmi yerləşir.

Konfrans zalı - İctimai-siyasi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Zal 18 oturacaqdan ibarətdir.

Kino zal - Kinozalda müxtəlif filmlər nümayiş olunur

Multimediya - Burada gənclərə foto sənətinin sirləri öyrədilir

Kitabxana - Asudə vaxtın dəyərləndirilməsi üçün rayon sakinlərinin və qonaqların xidmətindədir.

Kompyüter otağı - Gənclər elektron kitab nümunələri ilə yaxından tanış olurlar

Foye - Ekskursiyaya gələnlərin dincəlməsi üçün nəzərdə tutulub