Şəki şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirakı ilə onlayn videokonfrans keçirilmişdir

Şəki şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirakı ilə onlayn videokonfrans keçirilmişdir

Aprelin 26-da Şəki şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirakı ilə Xüsusi karantin dövrü ərzində görülmüş işlər və qarşıda duran layihələrin icrasının müzakirə edilməsi məqsədilə onlayn videokonfrans keçirilmişdir.
Konfransda karantin dövründə Mərkəz tərəfindən görülmüş işlər və gələcək layihələrlə bağlı müzakirələr aparılıb. Bildirilib ki, hazırkı vəziyyət müvəqqəti xarakter daşısa da evdə oturaraq yeni layihələrın irəli sürülməsi mümkündür. Yaranmış fasilədən mərkəzin əməkdaşlarının səmərəli istifadə etmələrinin, yaradıcılıq axtarışlarının aparılmasının, yeni ideyalar üzərində düşünmələrinin vacib olduğu bir daha vurğulanmışdır.
Mərkəzim direktoru karantin rejiminin ilk günlərindən indiyə qədər reallaşdırılan layihələr və yaradıcı heyətin gələcək fəaliyyətləri üçün nəzərdə tutulan proqramları açıqlayaraq bildirib ki, kollektivin hər bir üzvü ilə müasir texnoloji vasitələrlə mütəmadi əlaqə saxlanılır, onlara karantin qaydalarına ciddi şəkildə əməl olunması tələbi və rəhbərliyin tapşırıqları çatdırılır.