Növbəti video-çarxda Azərbaycanın milli musiqi aləti qanunun tarixi, quruluşu və səs diapazonundan bəhs olunur.

Növbəti video-çarxda Azərbaycanın milli musiqi aləti qanunun tarixi, quruluşu və səs diapazonundan bəhs olunur.

Şəki Heydər Əliyev Mərkəzi #EVDƏQALdevizi çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı #EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ və #MƏDƏNİYYƏTBİRLİKDİR layihəsinə Azərbaycanın milli musiqi alətləri rubrikası ilə davam edir.
Növbəti video-çarxda Azərbaycanın milli musiqi aləti qanunun tarixi, quruluşu və səs diapazonundan bəhs olunur.
Qanun-simli musiqi alətidir. Yaxın və Orta Şərqdə geniş yayılmışdır. Azərbaycan şairləri Nizaminin, Fizulinin və başqalarının əsərlərində bu alət haqqında məlumat verilmişdir. Qanun üzərində naxışlı üç rezonator dəliyi olan düzbucaqlı trapesiya formalı yastı taxta qutudan ibarətdir. Qanunun üzünün aşağı hissəsinə çəkilmiş dərinin üzərində xərək yerləşir. Xərəyin üstündən 24 – 25 üçləşdirilmiş sim keçir. Qanunun simləri barmaqlara taxılmış oymağabənzər metal mizrablarla səsləndirilir. Diapazonu üç oktava yarımdır (böyük oktavanın sol səsindən ikinci oktavanın si bemol səsinə qədər). Qanunun incə, məlahətli səsi var. Azərbaycan xalq çalğı ansamblının və orkestrin tərkibinə daxildir.