Növbəti video-çarx Azərbaycanın qədim milli musiqi aləti Zurna haqqındadır

Növbəti video-çarx Azərbaycanın qədim milli musiqi aləti Zurna haqqındadır

Şəki Heydər Əliyev Mərkəzi #EVDƏQALdevizi çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı #EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ və #MƏDƏNİYYƏTBİRLİKDİR layihəsinə Azərbaycanın milli musiqi alətləri rubrikası ilə davam edir.
Zurna(sur – böyük ziyafət, toy, düyün + nay) – Azərbaycanda qədimdən yayılmış nəfəslə çalınan musiqi alətidir; Əsasən qoz, yaxud ərik ağacından hazırlanır. Konusvari gövdəsinin ön tərəfində yeddi, arxa tərəfində bir dəlik var ki, bunlar lazımi vaxtda barmaqlarla örtülüb açılır. Əlavə olaraq zurnanın ağız tərəfində köklənməsi üçün daha bir dəlik açılır. Zurnanın müştüyü iki nazik, yonulmuş qarğı parçasından düzəldilir. Diapazonu kiçik oktavanın si bemol səsindən üçüncü oktavanın do səsinə qədərdir. Güclü və zil səsli alətdir. Qara zurna, cürə zurna, asəfi zurna, ərəbi zurna, əcəmi zurna, şəhabi zurna kimi bir çox müxtəlif növləri var. Azərbaycanda iki zurnaçı (usta və dəmkeş) və nağaraçıdan ibarət ansambl geniş yayılmışdır. XX əsrdə Ələfsər Şəkili muğamların zurnada mahir ifaçısı kimi tanınmışdı.