Növbəti video-çarxda Azərbaycanın qədim milli musiqi aləti çəqanədən bəhs olunur.

Növbəti video-çarxda Azərbaycanın qədim milli musiqi aləti çəqanədən bəhs olunur.

Şəki Heydər Əliyev Mərkəzi #EVDƏQALdevizi çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı #EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ və #MƏDƏNİYYƏTBİRLİKDİR layihəsinə Azərbaycanın milli musiqi alətləri rubrikası ilə davam edir.
Çəqanə-kamanla çalınan 4 simli çalğı alətidir. XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. XIX əsrin birinci yarısında Azərbaycanda olmuş rəssam Q.Qaqarin "Şamaxı rəqqasələri" tablosunda çəqanənin təsvirini vermişdir. Qətran Təbrizinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin əsərlərində də bu alət haqqında məlumat vardır. Bu alət 2000-ci ildə Şotlandiyanın Edinburq şəhərində kamanla ifa edilən simli musiqi alətlərinin tarixinə həsr olunmuş simpoziumda iştirakçıların marağına səbəb olmuşdur.
Diapazonu böyük oktavanın "fa #" səsindən ikinci oktavanın "fa #" səsinə kimidir. Ansambl və orkestrlə, eləcə də solo aləti kimi istifadə edilə bilər.Müasir dövrdə bərpa olunaraq, qədim musiqi alətləri ansamblında istifadə olunur.