Növbəti video-çarxda Azərbaycanın milli musiqi aləti tənburun tarixi, quruluşu və səs diapazonundan bəhs olunur.

Növbəti video-çarxda Azərbaycanın milli musiqi aləti tənburun  tarixi, quruluşu və səs diapazonundan bəhs olunur.

Şəki Heydər Əliyev Mərkəzi #EVDƏQALdevizi çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı #EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ və #MƏDƏNİYYƏTBİRLİKDİR layihəsinə Azərbaycanın milli musiqi alətləri rubrikası ilə davam edir.
Növbəti video-çarxda Azərbaycanın milli musiqi aləti tənburun tarixi, quruluşu və səs diapazonundan bəhs olunur.
Tənbur- üç simli dartımlı musiqi alətidir. Zahiri görünüşü saz alətinə bənzəyir, lakin çanağı sazınkına nisbətən xeyli kiçik, qolu isə sazınkından bir qədər uzun olur. Tənburun birinci və üçüncü simi eyni yüksəklikdə (unison), ortancıl simi isə bir kvarta aşağı köklənir. Simləri sağ əlin şəhadət barmağına taxılan polad halqa üzərindəki qarmaqla dartılıb ehtizaz etdirilir – səsləndirilir. Tənburun bu mizrabı, “naxunək” adlandırılır. Yaxın Şərq və xüsusən Orta Asiya xalqları arasında geniş yayılmışdır. Azərbaycanda Şirvan tənburu istifadə olunur.
Orta əsrə aid musiqi alətlərinin təsvirində tənbur ilə yanaşı qopuz, dütar, uzan və başqa alətlərin təsviri var. Ümumiyyətlə, bir çox musiqişünaslar, dütar, setar, çahartar, qopuz və onlara bənzər simli musiqi alətlərini tənburun növlərindən hesab edirlər. Dahi şairimiz Füzuli setarla tənbur arasında fərq görmür. O, «Həft-cam» əsərində setarla söhbətindən bəhs etdiyi halda həmin əsərin sonluğunda mütrübdən alətlərin sirrini öyrənərkən, eyni aləti tənbur təsvir edir