Şəki şəhər Heydər Əliyev Mərkəzi sosial şəbəkələr vasitəsilə Mərkəzə virtual ekskursiyalar təşkil edir.

Şəki şəhər Heydər Əliyev Mərkəzi sosial şəbəkələr vasitəsilə Mərkəzə virtual ekskursiyalar təşkil edir.

#EVDƏQAL devizinə qoşulan Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı #EVDƏMƏDƏNİYYƏTİMİZİYAŞADAQ və #MƏDƏNİYYƏTBİRLİKDİR layihəsi çərçivəsində Şəki şəhər Heydər Əliyev Mərkəzi sosial şəbəkələr vasitəsilə Mərkəzə virtual ekskursiyalar təşkil edir. İzləyicilərə təqdim edilən növbəti videoçarxda “TÜRKSOY” Rəssamları tərəfindən Şəki Heydər Əliyev Mərkəzinə hədiyyə edilmiş və Mərkəzin ikinci mərtəbəsində, rəsm otağında sərgilənən tabollardan.bəhs edilir.
Türk xalqları tarixən bəşər mədəniyyətinə töhfələr vermiş və onun zənginləşməsində böyük rol oynamışlar. Azərbaycan TÜRKSOY təşkilatının bütün tədbirlərində fəal iştirak edir. Azərbaycan rəssamları, heykəltəraşları, sənətkarları, musiqiçiləri, teatr kollektivləri daim müxtəlif türkdilli dövlətlərdə təşkil olunan tədbirlərin iştirakçısı olur. Təsadüfi deyil ki, TÜRKSOY Təşkilatının təşəbbüsü ilə 17-ci “TÜRKSOY Rəssamlar görüşü” 2014-cü ilin yayında məhz Azərbaycanda, onun dilbər guşələrindən olan Şəkidə keçirilmişdir. Türkdilli ölkələri təmsil edən on altı rəssam bu tədbirə qatılmışdır. Onlar qısa zamanda Şəkinin tarixi və görməli yerlərini gəzərək, unikal memarlıq abidələri ilə tanış olaraq, çoxsaylı rəngkarlıq əsərləri yaratmışlar.
Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycanda ilk dəfə keçirilən və iyirmi gün davam edən tədbir zamanı rəssamlar Şəkinin gözəlliklərini, tarixi abidələrini öz tablolarında əks etdirmişlər. Bu tablolar Şəki Heydər Əliyev Mərkəzinə hədiyyə edilmiş və Mərkəzin ikinci mərtəbəsində, rəsm otağında sərgilənir. Sərgilənən tablolar 51 ədəd olmaqla 49 əsəri əhatə edir.