Şəki şəhər Heydər Əliyev Mərkəzinin kollektivi #ahıllaradəstəkolaq kampaniyasına qoşulub

Şəki şəhər Heydər Əliyev Mərkəzinin kollektivi #ahıllaradəstəkolaq kampaniyasına qoşulub

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ölkədə elan olunan xüsusi karantin rejimi koronavirus (COVID-19) infeksiyasına yoluxma riski çox olan, yaşı 65-i ötmüş vətəndaşların evdən bayıra çıxmalarının qadağan olunmasını nəzərdə tutur. Həmin vətəndaşların xüsusi karantin rejimi dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) evdə qalmaları onların bu pandemiyadan qorunması üçün vacibdir.
Bunu nəzərə alan Şəki şəhər Heydər Əliyev Mərkəzinin könüllüləri #ahıllaradəstəkolaq kampaniyasına qoşularaq, Şəki şəhəri, Şəhriyar küçəsi, ev-9 a ünvanda yaşayan, 84 yaşlı Əfşan Bəkirovaya baş çəkib, ona kollektiv adından maddi yardım olaraq ərzaq və tibbi ləvazimatlar çatdırıblar.
Könüllülər tərəfindən bu xidmətlər yaşlı şəxslə təmas olmadan, müəyyən məsafə saxlanılmaqla həyata keçirilib.