Şəki Heydər Əliyev Mərkəzində şahmat üzrə qrupdaxili turnir keçirilmişdir

Şəki Heydər Əliyev Mərkəzində şahmat üzrə qrupdaxili turnir keçirilmişdir

17 dekabr 2019-cu il tarixindən 22 dekabr 2019-cu il tarixinədək Şəki Heydər Əliyev Mərkəzində şahmat üzrə qrupdaxili turnir keçirilmişdir. Dairəvi sistem üzrə keçirilən bu turnirdə 8 şahmatçı mübarizə aparmışdır. 7 oyundan 7 xal toplayaraq Sabir Babazadə I yerə layiq görülmüşdür. Qalibdən 1 xal geri qalaraq Məhəmməd Həsənov II yeri tutmuşdur. III yerə 5 xalla Xədicə Abbaszadə layiq olmuşdur. Qaliblər təhsil aldıqları orta məktəblərdə Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirakı ilə diplomlarla təltif edilmişlər. Eyni zamanda yarışın ən kiçik şahmatçıları, məsələ həlli müsabiqəsinin fərqlənən istirakları da Şəki Heydər Əliyev Mərkəzinin xüsusi diplomları ilə təltif edilmişlər.