“Təsviri sənətdə işıq və kölgə” mövzusunda açıq dərs keçirilib

“Təsviri sənətdə işıq və kölgə” mövzusunda açıq dərs keçirilib

Şəki Heydər Əliyev Mərkəzində Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə Şəki ümumtəhsil məktəblərinin şagirdlərinə əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında müəyyən olunmuş mövzular üzrə açıq tarix dərsləri tədris etdirilir.
Noyabrın 28-də Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil edilmiş açıq dərs zamanı mərkəzin bələdçisi tərəfindən Şəki şəhər Qoxmux kənd tam orta məktəbin 11-ci sinif şagirdlərinə Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verilib.
Ekskursiyadan sonra şagirdlərə məktəbin Təsviri incəsənət müəllimi tərəfindən “Təsviri sənətdə işıq və kölgə” mövzusunda açıq dərs keçirilib.