Şəki Heydər Əliyev Mərkəzində Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə növbəti açıq dərs keçirilib

Şəki Heydər Əliyev Mərkəzində Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə növbəti açıq dərs keçirilib

Şəki Heydər Əliyev Mərkəzində Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə Şəki ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında müəyyən olunmuş mövzular üzrə açıq tarix dərsləri tədris etdirilir.
Noyabrın 27-də Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil edilmiş açıq dərsdən əvvəl mərkəzin bələdçisi tərəfindən Şəki şəhər Qoxmux tam orta məktəbinin 9-cu sinif şagirdlərinə Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verilib.
Mərkəzlə tanışlıqdan sonra şagirdlərə məktəbin Tarix müəllimi tərəfindən açıq dərs keçirilib.