Şəkidə Xalq Rəssamı Əşrəf Heybətovun ekspress sərgisi açılıb

Şəkidə Xalq Rəssamı Əşrəf Heybətovun ekspress sərgisi açılıb

Sentyabrın 5-də Şəki Heydər Əliyev Mərkəzində Almaniyada yaşayan həmyerlimiz, YUNESKO Rəssamlar Federasiyasının, Rusiya Rəssamlıq Akademiyasının, Almaniya Rəssamlar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının fəxri üzvü,, "Dünya xalqları incəsənəti". Azərbaycanın xalq rəssamı Əşrəf Heybətovun ekspress sərgisi açılıb.
Sərginin açılış mərasimində Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova və Azərbaycan Rəssamlar İttifaqının Şəki bölməsinin sədri Tahir Həmidli çıxış ediblər. Çıxışlarda Əşrəf Heybətovun dünyanın bir çox ölkələrində Azərbaycan adına böyük sərgilərin təşkilindəki fəaliyyəti və onun əsərlərindəki əsas mövzunun doğma Azərbaycanla bağlı olduğu qeyd olunub. Xalq rəssamı Əşrəf Heybətov Şəkiyə bağlılığını, Şəkini çox sevdiyini söyləməklə, sərginin təşkilinə görə Şəki şəhər İcra Hakimiyyətinin və Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə sonsuz təşəkkürlərini bildirib. Açılış mərasimi başa çatdıqdan sonra iştirakçılar sərgi ilə tanış olublar.