Dövlət satınalmaları ilə bağlı KOBİA təşkilatçılığı ilə onlayn maarifləndirmə tədbiri keçirilib

Dövlət satınalmaları ilə bağlı KOBİA təşkilatçılığı ilə onlayn maarifləndirmə tədbiri keçirilib

İyulun 6-da Şəki Heydər Əliyev Mərkəzində Dövlət satınalmaları ilə bağlı sahibkarların, xüsusilə də kiçik və orta biznes subyektlərinin məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin - KOBİA təşkilatçılığı ilə onlayn maarifləndirmə tədbiri keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi ilə təşkil olunmuş tədbirdə Elektron Hökumətin İnkişafı Mərkəzi / e-Gov Development Centerin mütəxəssisləri dövlət satınalmalarında iştirak prosedurları, bu istiqamətdə həyata keçirilən islahatlar, www.etender.gov.az internet portalı və ondan istifadə barədə sahibkarları məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Onlayn tədbirdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 900-dən çox sahibkar yararlanıb.

Tədbir çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı formada göndərmək imkanı da yaradılıb. Sahibkarların suallarının əksəriyyəti ekspertlər tərəfindən tədbir çərçivəsində operativ şəkildə cavablandırılıb.