Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi regionda turizmin inkişafına təkan verəcəkdir

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi regionda turizmin inkişafına təkan verəcəkdir

Şəkidə turizmin, eləcə də aqrar sahənin inkişafı bu gün prioritet hesab olunur. Ötən il Şəkiyə gələn turistlərin sayı 200 min nəfərə yaxın olub. Bu il sözsüz ki turistlərin sayı daha da artacaq. Turizmin inkişafı yeni iş yerlərinin yaradılmasına, infrastrukturun yaxşılaşdırılmasına, həmçinin, bir çox digər sahələrin inkişafına şərait yaradır.
Bu fikirlər Şəki Şəhər İcra hakimiyyətinin başçısı cənab Elxan Usubovun “CBC TV Azerbaijan” televiziya kanalına verdiyi müsahibədə yer alıb.
İcra başçısı “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrsi elan edilməsi münasibətilə Azərbaycan xalqını, şəkililəri təbrik edib. Xalqımıza xas olan zəngin mədəni irsin qorunub saxlanmasına göstərdikləri diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edib.
Cənab Elxan Usubov Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi istiqamətində son altı il müddətində aparılmış işlərdən danışıb, qarşıda duran vəzifələrdən söz açıb.
İcra başçısı UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin siyasi hadisə kimi qiymətləndirib, bu sahədə ölkə başçısının böyük xidməti olduğunu və ümumilikdə, qərarın qəbul edilməsini bütün Azərbaycan xalqının qələbəsi olduğunu vurğulayıb.

Şəki Şəhər İcra hakimiyyətinin başçısı cənab Elxan Usubovun “CBC TV Azerbaijan” televiziya kanalına verdiyi müsahibəyə videoqalereya bolməsində baxa bilərsiniz.