Şəki Heydər Əliyev Mərkəzində yaradılan şahmat klubu uğurla fəaliyyətini davam etdirir.

Şəki Heydər Əliyev Mərkəzində yaradılan şahmat klubu uğurla fəaliyyətini davam etdirir.

Şəki Heydər Əliyev Mərkəzində gənclərin intellektual səviyyəsini yüksəltmək məqsədilə şahmat klubu yaradılmışdır. Şahmat dərnəyində tədris birinci dərəcəli idman ustası Babayeva Pərvanə Şahid qızı tərəfindən, həftənin 1-ci və 3-cü günləri tədris olunur. 4 yaşdan yuxarı bütün uşaqlar şahmat dərslərində iştirak edə bilər.
Fəaliyyət göstərdiyi müddət ərzində şahmat dərnəyində uşaqlara şahmatın yaranma tarixi, oyundakı gedişlərlərlə tanışlıq haqqında məlumatlar verilmiş, mat mövzuları öyrədilmişdir. Burada diqqətli olmaq, fikirləşmək, müqayisə etmək, əvvəlcədən oyunun nəticəsini görmək kimi bacarıqlar dərmək üzvlərinə geniş formada öyrədilir. 10 yerlik şahmat otağında tədris zamanı nəşri vəsaitlərlə yanaşı elektron resurslardan da istifadə olunur.
Tədris zamanı uşaqlar Şahmatın-uşaq matı mövzusu, fiqurların xalları və gücü barədə, şahmat taxtasının xanaları haqqında, yarış qaydaları haqqında geniş məlumat əldə ediblər. Müddət ərzində uşaqlarda şahmata qarşı böyük maraq yaranıb. Dərnək üzvləri həvəs və maraqla bu idman növünün sirləri öyrənirlər.
Şahmat dərnəyinin uşaqların maraq və qabiliyyətlərinin inkişaf etdirilməsi və düzgün formalaşdırılması istiqamətində müstəsna rolu vardır. Şəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən şahmat klubuna yuxarıda qeyd edilən yaş qrupları üzrə kontingent qəbulu davam edir.

Müraciət üçün:

Ünvan: Azərbaycan Respublikası, Şəki şəhəri, Heydər Əliyev pr. 216
Tel: (+994 24) 244 92 01
E-mail: sheki.merkez@gmail.com