Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şəki Heydər Əliyev Mərkəzində Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.

Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şəki Heydər Əliyev Mərkəzində Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, iyunun 21-də Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şəki Heydər Əliyev Mərkəzində Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib.

Mədəniyyət nazirin birinci müavini Vaqif Əliyevin keçirdiyi qəbulda Şəki rayonundan olan vətəndaşların müraciətləri kitabxana fondlarının ali və orta ixtisas məktəblərinin tələbələri üçün tədris vəsaitləri ilə komplektləşdirilməsi, Şəki Dövlət Rəsm Qalereyasında tanınmış rəssam və heykəltəraşların əsərlərindən ibarət səyyar sərgilərin təşkili, Şəki muzeylərinin beynəlxalq turizm marşrutlarına salınması, xalq sənətkarları tərəfindən hazırlanan tətbiqi və təsviri sənət nümunələrinin paytaxtda satışının təşkili ilə bağlı olub.

Oğuzdan olan vətəndaşlar rayon haqqında sənədli filmin çəkilməsi, Xalq teatrının bərpası, rayonun Yaqublu kəndində yerləşən kurqanların təmiri, yerli yazıçıların əsərlərinin nəşr olunması, musiqi məktəbinə alətlərin verilməsi ilə bağlı müraciət ediblər.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.