Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən qadın sahibkarların regional konfransı keçirilmişdir

Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən qadın sahibkarların regional konfransı keçirilmişdir

Sentyabrın 9-da Şəki Heydər Əliyev Mərkəzində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİYA) təşkilatçılığı, İsveçrə Əməkdaşlıq Təşkilatının Bakı Ofisinin maliyyə dəstəyi ilə Şəki-Zaqatala İqtisadi rayonunda fəaliyyət göstərən sahibkar qadınların regional konfransı, “Sənətkarlıq İncisi – Təkəlduz İrsimiz” adlı layihənin bağlanış tədbiri keçirilmişdir. Tədbirdə AQSİYA-nın sədri Səkinə Babayeva, İsveçrə Əməkdaşlıq Təşkilatının Bakı Ofisinin nümayəndələri, Şəki KOB dostu Elbrus İskəndərov və regionda fəaliyyət göstərən qadın sahibkarlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan AQSİYA sədri Səkinə Babayeva qurumun fəaliyyəti haqqında sahibkarlara geniş məlumat verilmişdir. Sonra İsveçrə Əməkdaşlıq Təşkilatının Bakı Ofisinin nümayəndəsi çıxış edərək tədbirin əhəmiyyətindən və qadınların sahibkarlıqla məşğul olmalarının cəmiyyət üçün nə qədər vacib olduğundan söz açdı. Daha sonra Şəki KOB dostu tərəfindən Agentliyin fəaliyyət istiqamətləri və dəstək mexanizmləri haqqında sahibkarlara müxtəlif informasiyalar çatdırıldı. Eyni zamanda sahibkar qadınlar arasında şəbəkənin qurulması və qarşılaşdıqları problemlərin həlli istiqamətində müzakirələr aparılmışdır. Tədbirin sonunda Şəkinin qədim sənət növlərindən olan “Təkəlduz” sənətinin gənclər arasında təbliği və yeni nəsillərə ötürülməsi məqsədilə master-klass təşkil olunmuş, gənc sənətkarların əl işlərindən ibarət əsərlər qonaqlara təqdim olunmuşdur.