Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşları II Qarabağ müharibəsi qazisi ilə görüşmuşlər.

Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşları II Qarabağ müharibəsi qazisi ilə görüşmuşlər.

Martın 19 – da Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşları II Qarabağ müharibəsi qazisi Rövzətli Pərviz Rəfael oğlu ilə görüşmuşlər. Ziyarət zamanı qazimizin müharibədə keçdiyi döyüş yolundan söhbət açıldı. Eyni zamanda qazimiz döyüş yoldaşlarının vətən müharibəsində göstərdikləri şücaətlərdən danışdı. Rövzətli Pərviz Rəfael oğlu 1995-ci ildə Şəki şəhərində anadan olmuşdur. 2013- cü ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndində yerləşən N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 2020-ci il 30 sentyabrda 44 günlük II Qarabağ müharibəsinə könüllü olaraq yollanmışdır. Cəbrayıl, Qubadlı və Laçın rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 02 noyabr 2020-ci il tarixində Laçının Küləbir kəndi istiqamətində gedən açıq döyüş əməliyyatı zamanı top mərmisinin partlaması nəticəsində ayağından yaralanmış, kəllə-beyin travması almışdır. Oğuz rayon xəstəxanasında əməliyyat olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən döyüşdə göstərdiyi igidliyə görə “Cəbrayılın azad olunmasına” görə, “Qubadlının azad olunmasına “ görə, “ Laçının azad olunmasına” görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.