“Biz sülhə səs veririk” adlı virtual rəsm müsabiqəsinə işlərin qəbulu dayandırılmışdır

“Biz sülhə səs veririk” adlı virtual rəsm müsabiqəsinə işlərin qəbulu dayandırılmışdır

Şəki Heydər Əliyev Mərkəzinin 21 avqust 2020-ci il tarixində elan etdiyi sülh aylığı çərçivəsində “Biz sülhə səs veririk” adlı virtual rəsm müsabiqəsinə işlərin qəbulu dayandırılmışdır. Virtual rəsm müsabiqəsinə göndərilən rəsmlərdə keyfiyyət, format genişliyi və ideyanın zənginliyi kimi şərtlər əsas götürülmüşdür. Müsabiqədə I,II və III yer tutanlar mərkəzin xüsusi fəxri diplomları ilə təltif olunacaqlar. Eyni zamanda digər göstəricilər üzrə qaliblərin seçilməsi nəzərdə tutulur (facebook, Instagram səhifələrimizdə bəyənilmə və paylaşımların sayı və s.) Müsabiqənin qaliblərini münsiflər heyəti müəyyən edəcəkdir. Münsiflər heyətinin tərkibi: Şəki Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov, Mərkəzin rəsm dərnəyinin müəllimi Nadir Həmidov və Şəki şəhər uşaq incsənət məktəbinin rəsm şöbəsinin müəllimi Aynur Məsimova.
Bütün iştirakçılara uğurlar arzulayırıq.