Ukrayna və Azərbaycan Respublikaları arasındakı dostluq münasibətlərini əks etdirən onlayn videokonfrans keçirilib

Ukrayna və Azərbaycan Respublikaları arasındakı dostluq münasibətlərini əks etdirən onlayn videokonfrans keçirilib

Sentyabrın 12-də Şəki Heydər Əliyev Mərkəzində Samux Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ukrayna və Azərbaycan Respublikaları arasındakı dostluq münasibətlərini əks etdirən onlayn videokonfrans keçirilib. Konfransda Şəki Heydər Əliyev Mərkəzi və Samux, Salyan, Şəmkir Heydər Əliyev Mərkəzləri iştirak edib.
Azərbaycan xalqı ilə Ukrayna xalqları arasında sıx münasibətlər mövcuddur. Bu münasibətlər tarixən mövcud olub və bu gün də davam edir. Azərbaycanla Ukrayna arasında nə dəniz, nə də quru sərhədlərin olmamasına baxmayaraq, iki ölkə arasındakı strateji müttəfiqlik münasibətləri durmadan möhkəmlənir və genişlənir.
Konfransa giriş sözü ilə Samux Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova başladı. O bildirdi ki, Heç də təsadüfi deyil ki, Ukraynanın bir çox ictimai, siyasi xadimləri Ulu Öndər Heydər Əliyevi Azərbaycanla Ukrayna dostluğunun memarı və qurucusu kimi qiymətləndirirlər. Ölkələrimiz müstəqillik əldə etdikdən sonrada Heydər Əliyev Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında üzərinə düşən tarixi missiyanı böyük ustalıqla yerinə yetirib. Məhz bu gün Azərbaycanla Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkələrimiz beynəlxalq forum və sammitlərdə eyni mövqedən çıxış edərək, qarşılıqlı maraq doğuran məsələlərdə birgə əməkdaşlığı inkişaf etdirirlər. Hər iki ölkə müstəqilliklərini əldə etdikləri gündən indiyədək beynəlxalq aləmdə mühüm tərəfdaşlar kimi tanınırlar. Fərəhləndirici haldır ki, Azərbaycanla Ukrayna arasındakı mehriban dostluq münasibətləri səmimiyyət üzərində qurulub.
Daha sonra çıxış üçün söz Şəki Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqova verildi. O qeyd etdi ki, iki ölkə arasındakı xeyirxahlıq ənənələri bu gün də davam etdirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən düşünülmüş şəkildə prinsipiallıqla davam etdirilən siyasi və iqtisadi strategiya ölkələrimizi dahada bir birinə six bağlayır. Bölgədə iri layihələrin reallaşdırılması Azərbaycanın iqtisadi gücünü artırmışdır. Bu da ölkəmizə dünya miqyasında bir sıra qlobal layihələrin həyata keçirilməsinə geniş şərait yaradır. Hər iki ölkənin beynəlxalq təşkilatlardakı qarşılıqlı dəstəyə əsaslanan fəaliyyətidə kifayət qədər yüksək səviyyədə davam edir. Ukrayna Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Azərbaycanda öz növbəsində Ukraynanın qarşılaşdığı indiki ağır dönəmində öz mənəvi yardımını əsirgəmir beynəlxalq arenada dost ölkənin ərazi bütövlüyünə dəstək verir.
Sonda isə digər Mərkəzlərin nümayəndələri də öz çıxışlarında bildilər ki, Fərəhləndirici haldır ki, bu gün Azərbaycan Ukrayna əlaqələri bütün sahələrdə inkişaf edir. İki ölkə arasında siyasi baxımdan daha fəal dialoq aparılır. Dövlət başçılarının, habelə digər rəsmi nümayəndələrin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər, həmçinin digər layihələrin reallaşması ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyədə olmasından xəbər verir.Təbii ki, ikitərəfli qarşılıqlı əlaqələrin durmadan inkişaf etməsinin kökündə müdrik düşüncənin məntiqi dayanır. O müdrik düşüncə ki, onun memarı və müəllifi Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevdir.