“Sevincli xatirələr" adlı videokonfrans formatında görüş təşkil edildi

“Sevincli xatirələr" adlı videokonfrans formatında görüş təşkil edildi

Avqustun 7-də Tərtər rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin iştirakıyla “Sevincli xatirələr" adlı videokonfrans formatında görüş təşkil edildi. Görüşə Şəki şəhər Heydər Əliyev Mərkəzi, həmçinin digər şəhər və rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, vaxtilə Ulu öndər Heydər Əliyevlə görüşmüş insanlarla "Qonaqlı Mərkəz" olaraq qoşuldular. Çıxış üçün söz alan Şəki şəhər Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov bu cür maraqlı tədbirin təşəbbüskarı və təşkilatçısı Tərtər Heydər Əliyev Mərkəzinin rəhbərliyinə dərin təşəkkürünü bildirdi. R.Sadıqov vaxtilə Ulu öndər Heydər Əliyevlə görüşmüş, bütün fəaliyyət dövrü ərzində əmələri ilə örnək olan bir şəxsi, Şəkililərin sevimlisi Sevil xanım İsmayılovanı konfrans iştirakçılarına təqdim etdi. Bir çox məsul vəzifələrdə çalışmış Sevil Əbülfət qızı İsmayılova Partiya rəhbəri işləyərkən “Şərəf Nişanı” ordeni, 2013-cü ildə isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Respublikamızın sosial-ictimai həyatında göstərdiyi xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Sevil xanım iştirakçılar qarşısında Ulu öndər Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu haqqında geniş şəkildə çıxış dərək Xalqımızın Ümummilli Lideri Heydər Əliyevlə görüşləri ilə bağlı xatirələrini bölüşdü.