Şəki şəhər Heydər Əliyev mərkəzinin əməkdaşları "Əsgərə məktub" layihəsinə qoşulmuşlar.

Şəki şəhər Heydər Əliyev mərkəzinin əməkdaşları "Əsgərə məktub" layihəsinə qoşulmuşlar.

Hər bir təşəbbüs mahiyyəti etibarilə vətəndaşlıq deməkdir. Şəki şəhər Heydər Əliyev Mərkəzi və Şəki MKS-nin 9 saylı kitabxana filialı, Şəki regional ASAN Xidmət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən “Əsgərə məktub” layihəsinə qoşulmuşlar. Mərkəzin əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlığını, var gücüylə dəstəyə və döyüşə hazır olduqlarını bildirmək, onlarda ruh yüksəkliyini daha da artırmaq üçün “Əsgərə məktub” layihəsi vasitəsilə Vətənin keşiyində duran əsgərlərimizə ürək sözlərini,mənəvi dəstəklərini öz məktublarında qeyd etdilər.Hər əsgərə bir məktub-bir ümid deməkdir.