Yaxın mədəniyyət müəssisələri

Yaxın mədəniyyət müəssisələri

Bayraq Meydanı və Bayraq Muzeyi

Ümumi sahəsi 12 ha olan “İnzibati Mərkəz” Kompleksində Heydər Əliyev Mərkəzi ilə yanaşı Bayraq Meydanı və Bayraq Muzeyi yerləşir.Meydanda hündürlüyü 72,4 metr olan bayraq dirəyinin postament hissəsi yenidən qurulub.

Bayraq Muzeyinin inşasına 2018-ci ilin martında başlanılıb. Tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Bayraq Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb. Muzeyin sərgi zalında ümumilikdə üç bölmə var. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, xanlıqların bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur.

Muzeyin eksponatları arasında Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərinə aid konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir

M.F.Axundzadən adına mədəniyyət və istirahət parkı

Azərbaycan milli dramaturgiyasının banisi, M.F.Axundzadənin adını daşıyan mədəniyyət və istirahət parkında böyük mütəfəkkirin abidəsi ucaldılıb. Burada şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Ümumi sahəsi 7 hektar olan parkın 35 min kvadratmetr ərazisində yaşıllıq işləri görülmüş, müxtəlif dekorativ ağaclar və gül kolları əkilmişdir. Parkda uşaqların da istirahətlərini maraqlı keçirmələri üçün lazımi şərait yaradılmışdır. Burada iki fəvvarə, süni şəlalə və göl yaradılmışdır