Kitabxana

Şəki Heydər Əliyev Mərkəzində zəngin fonda malik adi və elektron kitabxana mövcuddur. Burada Heydər Əliyev Fondu tərəfindən göndərilmiş elmi, tarixi və bədii kitablar yerləşdirilmişdir. Kitabxananın ümumi fondu 7330 nüsxə ədəbiyyatdan ibarətdir ki, bunların 136 ədədi audiovizual nəşrlərdir. Kitabxananın fondu həm bədii, həm də elmi ədəbiyyatla zəngindir. Fondun 1892 nüsxəsi latın, 4694 nüsxəsi isə kiril əlifbası, 645 nüsxəsi rus, 99 nüsxəsi isə xarici dildə nəşr olunan kitablardır.

Şəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kitabxananın informasiya texnologiyaları ilə təmin edilməsi məqsədilə müvafiq işlər görülmüş, oxuculara informasiya xidmətlərinin göstərilməsi üçün lazımi şəraitlər yaradılmışdır.

Kitabxananın fondunun genişləndirilməsi və zənginləşdirilməsi istiqamətində mütəmadi olaraq müvafiq addımlar atılır. Hal-hazırda Şəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən elektron kitabxananın fonduna 66 adda 136 sayda elektron-audiovizual kitablar toplanmışdır.

Kitabxana 816 oxucuya xidmət edir və müxtəlif yaş qruplarını əhatə edir.