2 Fevral Gənclər günüdür

2 Fevral Gənclər günüdür

Yanvarın 31-də Şəki Heydər Əliyev Mərkəzində Şəki regional Asan Xidmət Mərkəzinin könüllüləri və mərkəzin əməkdaşlarının iştirakı ilə 2 fevral Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısından söz açıldı. İlk öncə çıxış üçün söz Şəki Heydər Əliyev Mərkəzinin direktoruna verildi. Daha sonra Mərkəzin bələdçisi 2 fevral Gənclər günü ilə bağlı könüllülərə ətraflı məlumat verərək bu günün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Qeyd edildi ki, Ümummilli Lider Heydər Əliyev 1 fevral 1997- ci ildə Respublika Gənclər Forumunun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul etmiş, “2 fevral-Azərbaycan Gənclər Günü” nün təsis edilməsi haqqında sərəncam imzalamışdır.
Sonra mərkəzin əməkdaşları və MKS-in 9 nömrəli kitabxana filialının nümayəndələri də mövzu ətrafında çıxışlar etdilər.
Sonda Şəki regional Asan Xidmət Mərkəzinin könüllüləri də öz fikirlərini bildirdilər.