Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Şəkidə kütləvi ağacəkmə aksiyası keçirilmişdir

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Şəkidə kütləvi ağacəkmə aksiyası keçirilmişdir

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızda, o cümlədən Şəkidə də böyük rəğbətlə qarşılanmışdır.
Dekabrın 6-da Şəki rayonunun sakinləri də bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulmuşdular. Yaşıllıqların artırılmasına, ekoloji mühitin yaxşılaşdırılmasına töhfə verəcək nəcib aksiyada şəhər rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, sadə vətəndaşlar qabaqcadan müəyyən olunmuş ərazilərdə minlərlə ağac tingi əkmişlər.
Rayonun musiqi kollektivlərinin çıxışı tədbirə əlavə rəng qatmışdır.
Qeyd edək ki, mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Prezident cənab İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması görkəmli şairin ədəbi irsinin təbliği və öyrənilməsində yeni imkanlar açıb. Həmçinin “Nəsimi ili” çərçivəsində ölkəmizdə və dünyada bir sıra mühüm tədbirlər də keçirilir.