Kiçik hekayənin böyük ustadı Mir Cəlal Paşayev

Kiçik hekayənin böyük ustadı Mir Cəlal Paşayev

Oktyabr ayının 31-də Şəki şəhər Heydər Əliyev Mərkəzində Şəki regional “ASAN xidmət” mərkəzinin könüllüləri tərəfindən Azərbaycanın tanınmış yazıçısı, kiçik hekayənin böyük ustadı Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Şəki məktəblilərinin əl işlərindən ibarət Mir Cəlal Paşayevin həyat və yaradıcılığını əks etdirən rəsm sərgisi nümayiş etdirilmişdir. Ustad yazıçının hekayələrindən kiçik kompozisiyalar canlandırılmış, şeirlər səsləndirilmişdir. Sonda tədbir iştirakçılarına Şəki regional “ASAN xidmət” mərkəzinin diplomları təqdim edilmiş və birlikdə xatirə şəkli çəkilmişdir.